Bu gün Rusiya Prezidenti Putin Azərbaycan lideri Əliyev və Ermənistanın Baş naziri Paşinyan arasında danışıqlara vasitəçilik edəcək. Paşinyan etiraf edib ki, Qarabağ Azərbaycandır. Ona görə də sülh müqaviləsi mümkündür. Ancaq üç rəqabət platforması var: Rusiya, AB, ABŞ.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Paşinyan Ermənistanı Rusiyadan ayırmaq və Fransanın aparıcı rol oynadığı AB-nin vasitəçiliyi ilə sülh müqaviləsi imzalamaq istəyir. Fransa isə dünyanın ən ermənipərəst ölkəsidir. Azərbaycan və Ermənistan həm Rusiyaya, həm ABŞ-a, həm də AB-yə hörmətini bildirir və üç yerdə növbə ilə danışıqlar aparır. Bu gün növbə Rusiyanındır. Rusiya ilə ABŞ və AB arasında fərq ondadır ki, Rusiya öz sərhədlərində sabit sülh istəyir. ABŞ və AB üçün isə əsas məsələ sülh deyil, Rusiyanın sıxışdırılması və manipulyasiya üçün bölgəyə girmələridir”, - o bildirib.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü