Rusiya vətəndaşları işdən sonra rus ordusu üçün pulsuz mərmi istehsal edə bilərlər.
BUTA.TV xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan deyib.
“Təbii ki, mərmi qıtlığı var. Biz 1812-ci il müharibəsində, Krım müharibəsində, Birinci Dünya müharibəsində daim bununla qarşılaşmışıq. Biz burada arxa cəbhədə oturmuşuq. Əgər sənaye uğursuzdursa, gəlin, bu işi öz əlimizə alaq. Bütün bunlar davam edərkən, işdən sonra 2 saat vaxt ayırmağa hazır deyilik? Əgər lazımdırsa! Hətta heç kim bunun lazım olduğunu belə demir. Hamı deyir ki, hər şey yaxşıdır. Hərbi müxbirlərdən soruşduqda isə “yaxşı deyil” və ya “çox yaxşı deyil” deyirlər”, - o bildirib.
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı