“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib.
BUTA.TV xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, Peşə Təmayüllü litseyin kollektivi, gənclər və məktəblilər iştirak edib.
Tədbir iştirakçılarını salamlayan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin təşkil olunmasının əsas məqsədi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaq, onların xatirəsini daima qürurla, ehtiramla yad etməkdir. Qəbələ rayonu icra hakimiyyəti aparatının nümayəndəsi Pərviz Ağayev rayon gəncləri arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində görülən işlər barədə məlumat verib.
Vətən müharibəsi veteranı, şəhidin döyüş yoldaşı polkovnik leytenant Cabir Zeynalov qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, hərbi tərbiyəsində böyük rolundan danışıb. Bu cür qəhrəmanlıq salnaməsinin təhsil müəssisələrində təqdimatının əhəmiyətini vurğulayıb.
Tədbirdə şəhidin döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub, şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı orta məktəbin şagirdlərinin hazırladığı qəhrəmanlıq ruhlu musiqi kompozisiyası təqdim edilib.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü