Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmənə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim olunub.
Bu barədə BUTA.TV-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Bob Bləkmən Milli Məclisin sədri Sahibə Qafarovanın 19 may 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafına və dövlətlərarası münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfələrə görə təltif edilib.
Fəxri medalı Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla birlikdə Bob Bləkmənlə İcmalar Palatasının binasında keçirilən görüş zamanı təqdim edib.
Soltan Məmmədov Bob Bləkmənə Milli Məclis rəhbərliyinin salamlarını çatdırıb, Azərbaycanın haqlı mövqeyini daim müdafiə etdiyinə görə ona təşəkkürünü bildirib, parlamentlərarası əlaqələrin inkişafının iki ölkənin maraqlarından irəli gəldiyini qeyd edib.
Bob Bləkmən təltifə görə təşəkkür edib, Azərbaycana bu ilin aprel ayında baş tutmuş səfəri zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Milli Məclis rəhbərliyi ilə görüşünü yüksək diqqətin, iki ölkə arasında münasibətlərə verilən xüsusi önəmin nümunəsi kimi qiymətləndirdiyini vurğulayıb.
Söhbət zamanı səfir Elin Süleymanov Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib. O, parlament üzvlərinin sıx əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Görüş zamanı hər iki ölkə parlamentinin dostluq qrupları arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Xatırladaq ki, Bob Bləkmən Britaniya parlamentində mütəmadi olaraq Azərbaycanı dəstəkləyən çıxışlar edib, ölkəmizdə çoxsaylı səfərlərdə olub. 2021-ci ildə Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Şuşa şəhərində və Füzuli rayonunda, 2023-cü ildə Ağdam rayonunda olub. O, dəfələrlə Ermənistanın işğalçılıq siyasətini qınayan bəyanatlarla çıxış edib.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü