Xalq artisti Faiq Ağayev Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun “Füzuli” kantatasının “Terzi” serialında səsləndirilməsinə görə Azərbaycanın “Mikpro” şirkətinin şikayəti əsasında kontatanın səsləndiyi seriyaların “Neftliks”dən silinməsinə münasibət bildirib.
Kult.az xəbər verir ki, sənətçi kontatanın icazəsiz istifadə edildiyi seriyaların “Neftliks”dən silinməsini dəstəklədiyini bildirib.
“Əcəb etmişik. Onillilərdir (türkiyəli sənətçilər) yüzlərlə əsərimizi “anonim” kimi qeyd edib, geninə-boluna ciblərini doldurublar. İndi də hüquqi həll təklif olunsa belə, saymazlıqdan gəldilər. Öz dilləriylə desək, “küçümsədilər” bizi. Nə vaxta kimi mədəniyyətimizi özgələrə yem edəcəyik?
Üstəgəl, bu əsər bütün musiqi platformalarında - “Spotify”dan tutmuş “Yandeks Myuzik”ə qədər var. Hüquqları da qorunur”.
Qeyd edək ki, “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal musiqinin misilsiz təbliğat olduğunu nəzərə alaraq, güzəştə gedilməsi gərəkdiyini təklif etmiş və bu seriyaların “Neftliks”dən silinməsinə qarşı olduğunu bildirmişdi.
- Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı
- Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq
- Bakı və Kiyev qaz təchizatını müzakirə etdi
- Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu
- Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...
- Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev
- TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv addım
- İlham Əliyev Ərdoğana zəng etdi