Sinan bəyin bizə qatılması hər hansı bir sövdələşmə ilə əlaqəli deyil. Hazırda az qala Cümhur İttifaqının bir işçisi kimi fəaliyyətə başlamış vəziyyətdədir. Sinan bəylə prinsipial mövzularda danışdıq. Türk dünyası və terrorla bağlı Sinan Oğanla həmfikirik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Sinan Oğana heç bir vəd vermədiyini qeyd edib:
"Mən heç bir vəd verməmişəm. Məndə belə bir şey yoxdur. Bu, Kılıçdaroğlunun işidir. Bazar günündən sonra dəvənin quyruğu qopacaq. Ondan bunun hesabını soruşacaqlar. Tərəfdaşları daxilində də müəyyən istefalar olacaq.
Biz bu ölkəni bölməyəcəyik. Terrorla mübarizədə atdığımız addımları da paylaşır. Bundan başqa türk dünyasındakı əlaqələr. Qaçqınlara gəlincə, təbii ki, Suriyanın şimalında briket evləri ilə bağlı planımız var. Biz bunu QHT-lər vasitəsilə qururuq, Qətərin dəstəyi ilə 1 milyon qaçqını ora yerləşdirə biləcəyik. Mümkün deyil ki, bu layihəni görən kimsə getməsin".
Ərdoğan Zəfər Partiyasının sədri Ümid Özdağa Kılıçdaroğlunun 3 nazirlik vəd etdiyini də bildirib.
Xatırladaq ki, prezident seçkilərinin 28 mayda keçiriləcək ikinci turunda ATA İttifaqının prezidentliyə sabiq namizədi Sinan Oğan Ərdoğana, ATA İttifaqının əsas qüvvəsi olan Zəfər Partiyası isə Kılıçdaroğluya dəstək verib.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü