Bizim onunla danışacaq heç bir məsələmiz yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə lideri, Cümhur İttifaqının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan “CNN Türk”ə açıqlamasında Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun teledebat təklifinə cavab olaraq deyib.
“İndi məni televiziyaya çağırır. Mənimlə nə danışacaqsan? Nə nailiyyəti var, nə də vizyonu. Sizinlə Okmeydan rayonundakı Sosial Sığorta İdarəsinin xəstəxanasını (Kılıçdaroğlu 90-cı illərdə Sosial Sığorta İdarəsinə rəhbərlik edib – red.) müzakirə edim? Yoxsa, seçkilərdə 1 faiz səs belə toplaya bilməyənlərə parlamentdə 40 yer verdiyinizdən danışaq?” - Ərdoğan bildirib.
Qeyd edək ki, Kılıçdaroğlu Ərdoğanın “terrorçularla işbirliyi”ni “sübut etmək” üçün onu teledebata çağırıb. Ərdoğan isə təklifi rədd edib və deyib ki, Kılıçdaroğlu onun terrorçularla işbirliyini sübut edə bilmirsə, deməli, vicdansız insandır.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü