Türkiyə NATO-ya üzvlüyünü təsdiqləmək üçün Ankaraya ekstradisiya edilməli olan şəxslərin siyahısını İsveçə təhvil verməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yüksək rütbəli isveçli məmura istinadən məlumat yayıb.
“İsveç Türkiyədən adların siyahısını almayıb və həmin bu şəxslərin kim olduğunu bilmir. Ötən il Türkiyə, İsveç və Finlandiyanın imzaladığı üçtərəfli təhlükəsizlik memorandumunda deportasiya ediləcək və ya ekstradisiya ediləcək kürdlərin (PKK-çılar nəzərdə tutulur – red.) sayı göstərilməyib”, - mənbə bildirib.
Mənbə qeyd edib ki, yaxın gələcəkdə vəziyyət dəyişməsə, alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammitinə qədər İsveç çətin ki, NATO-ya daxil olsun.
Xatırladaq ki, martın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan siyahının Stokholma verilməsinə baxmayaraq, İsveçin 120 terrorçunu Ankaraya təhvil verməkdən imtina etdiyini bildirmişdi.
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu