Azərbaycan və Gürcüstan hər zaman dostluq və qardaşlıq şəraitində yaşayıblar. Bunu hər iki ölkənin 105 il bundan əvvəl müstəqillik qazanması da sübut edir.
BUTA.TV xəbər verir ki, bunu Baş nazir Əli Əsədov mayın 26-da Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə söyləyib.
Gürcüstan xalqını və dövlətini müstəqillik bayramı münasibətilə təbrik edən Baş nazir bildirib ki, ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev və Eduard Şvernadze tərəfindən qoyulub. Vurğulayıb ki, Ümummilli Lider hər zaman Gürcüstanla münasibətlərə böyük önəm verirdi. Bu münasibətlər hazırda Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin xidməti sayəsində daha da inkişaf edərək dərinləşir.
“Ölkələrimiz arasında strateji tərəfdaşlıq və siyasi dialoq yüksək səviyyədədir. Biz bir-birimizi beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyirik. Birgə həyata keçirilən layihələrimiz regionun inkişafına töhfə verir. Yaşıl enerji ilə bağlı yeni layihələr reallaşdırılır. Bütün sahələrdə əməkdaşlığımız inkişaf edir. İnanırıq ki, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da dərinləşəcək”, - deyə Ə.Əsədov əlavə edib.
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu