Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına bundan sonra da hər cür yardım göstərməyə hazırdır və tərəflərin sülh müqaviləsi imzalaya biləcəyinə ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşma və bir sıra məsələlərdə mövqeləri yaxınlaşdırmağa imkan verdi. Biz bundan sonra da bu məqsədlər üçün Bakı və İrəvana hər cür yardım göstərəcəyik. Ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh sazişlərinin əldə olunmasına imkan yaradacaq”, - Qaluzin bildirib.
- Belçika fərqi artırdı - Yenilənir - Video
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?