Belarus Prezidenti Aleksandr Lukaşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı uğurlar münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
“Dünyada izlənilən çox çətin mübarizə nəticəsində əldə edilən inamlı qələbə türk xalqının etimadının ən yüksək göstəricisidir”, - Lukaşenko bildirib.
Eyni zamanda, Gürcüstan Baş naziri İrakli Qaribaşvili də Ərdoğanı qələbəsi münasibəti ilə təbriklərini çatdırıb:
“Mən Türkiyə Prezidenti və Gürcüstanın böyük dostu Rəcəb Tayyib Ərdoğanı seçkilərdə inamlı qələbə qazanması və yenidən ölkə rəhbəri seçilməsi münasibətilə təbrik edirəm. Türkiyə xalqı öz fikrini açıq şəkildə ifadə edib və biz də ona qoşuluruq. Türkiyə Cümhuriyyəti ilə Gürcüstan arasında dostluq əlaqələri və strateji tərəfdaşlıq möhkəmlənəcək, biz bunu gücləndirməyə hazırıq”.
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
- Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
- Səhiyyə nazirinə yeni müavin təyin olundu
- Bəzi rayonlara leysan yağır
- AZAL məlumat yaydı: bu marşrut üzrə reyslər bərpa olundu
- Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video
- ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb