İş qadını Ruhi Əliyevaya qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 30-na təyin edilib.
Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. İttihama görə, R.Əliyevanı şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla hədələyən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib və həmin şəxslər məsuliyyətə cəlb ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Ruhi Əliyeva mətbuata açıqlamasında bildirib ki, insanların şəxsi və iş həyatı barədə yalan məlumatlar yaymaq qanuna ziddir və hər kəs kimliyindən asılı olmayaraq qanun və məhkəmə qarşısında cavab verməlidir. / Pravda.az
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
- Ancelina Coli Ukraynaya səfər etdi
- “Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
- Szinpin bu türk ölkəsinə səfər etdi
- Ukraynanın məğlubiyyəti yaxınlaşır - Peskov
- Kipr sahillərində 297 sərnişinin olduğu gəmi batır
- Dəhşətli anlar: Təyyarəni qaçırıb AES-ə doğru sürdü
- ABŞ-la neft sazişi: Rodriges detalları açıqladı
- “Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var”