Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi, xalq artisti Polad Bülbüloğluna məxsus olan “Heyif belə oldu” mahnısının Yutub platformasında icazəsiz və qanunsuz yerləşdirilməsi ilə əlaqədar olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət daxil olub.
Bu barədə Kult.az-a Agentlikdən məlumat verilib.
Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb.
Araşdırma nəticəsində məlum olub ki, “Universal Azerbaijan Music” adlı Yutub kanalında “Gəl Ey Səhər” albomu formasında yüklənən fayllardan biri “Heyif belə oldu” kompozisiyasıdır. Bəstəkarın digər əsərləri də burada yerləşdirilib. Bu kanal 2018-ci il 25 oktyabr tarixində “Folklore Azerbaijan Music Academy” adı ilə yaradılıb.
P.Bülbüloğlunun müəllif hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Agentlikdə əlaqəli hüquq sahiblərinin hüquqlarının kollektiv əsasda idarə olunması üzrə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (Beat Music şirkəti üzərindən) ilə birgə “Universal Music Publishing Group” ilə əlaqə saxlanılıb.
Görülmüş tədbirlər məticəsində “Universal Azerbaijan Music” Yutub kanalında qanunsuz yerləşdirilmiş əsərlərin silinməsi təmin edilib.
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi