Jurnalist Xoşqədəm Hidayətqızı "TikTok"da canlı yayımda onun ünvanına təhqir yazanlardan danışıb.
Aparıcı sosial şəbəkələrdəki bu şərhlərə sakit cavab verdiyini bildirib:
"Dədəsi olmayıb, bilinmir haradan çıxıb. Səhv etmirəmsə, adı İlkin Yaqublu idi. Dedi ki, anamın çənəsini kəsdir. Həkimə apardım, o da dedi ki, bu o qədər murdar qadındır, çənəsi də kəsilməz. İlkin Yaqublu, ananın çənəsi kəsilmədi. Sizi güldürüm də. Birinci növbədə ana ilə işim var. Çünki bir tərbiyəsizi doğan, böyüdən, tərbiyə verən anadır. Mənim də oğullarım var. Biri böyükdür. Kimsə deyə bilməz ki, kiminsə canlı yayımında, şəklinin altında tərbiyəsiz söz yazsın. Çünki onun anası mənəm. Mən övladıma demişəm ki, kimsənin anasına, bacısına, qızına təhqir yox, bir mənfi cümlə də yazmayacaqsan. Sənin anan sənə nə qədər əzizdirsə, o qadın da öz evinə, ailəsinə əzizdir.
Düşünürəm ki, əxlaqsız ananın övladı da elə olur. Əxlaqlı ananın övladı əxlaqsız fikir söyləməz. Mənim işim ona görə də anayladır. Biri təhqir edir, yazıram ki, anandır, bacındır, nəslindəki qadınlardır. Görürsüz, həmişə belə yazıram. Biri təhqir yazır, deyirəm sənin anandır. Ana ana olsa övladını elə əxlaqsız, şərəfsiz böyütməz. Ana necədirsə, balası da elədir. Ona görə də işim anayladır. Ona tərbiyəni mən verirəm. Övlad öz özünə böyüyüb elə olmayıb. Ona nəyi öyrədib, nə deyirsənsə, elə olur. Uşaqlar bizim sənət əsərimizdir. Dadaşbala, eynən sənin anan, bacın, nəslindəki bütün qadınlar elədir. Ürəyində nə varsa, onlardandır. Sizə də bunu məsləhət görürəm, yazır, de ki, anandır, bacındır, evindəki qadının, qızındır. Çünki qadınının, qızının qədrini bilən başqa qadına elə söz yazmaz. Məsələn, burada Zülfüqarovdur, nədir, onun da anasıdır. Beləcə "guplayın" getsin. Dadaşbalanı da atdım anasının yanına"./olay.az
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi