Azərbaycanda şok hadisə: Sayt redaktoru "peyğəmbərəm" deyib qətl törətdi, sonra "qeybə çəkildi" - VİDEO

08:57 - 7 İyun 2023 - KRİMİNAL

 Azərbaycanda şok hadisə: Sayt redaktoru

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğlu Emin Ramazanovla birgə qətl törətmiş 1962-ci il təvəllüdlü Cahangir Ramazanovun məhkəməsi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu oğlu ilə birgə amansızlıqla öldürən və onun yaşadığı evi yandıran C.Ramazanova hökm oxunub.

Məhkəmədə bildirilib ki, C.Ramazanovun oğlu 1987-ci il təvəllüdlü Emin Ramazanov realnewsinfo.com saytının redaktoru olub.

Daha sonra Emin özünə ilahi vergi verildiyini bildirib və “peyğəmbər” olduğunu deyib. Bu müddətdə o, evli olan, onkoloji xəstəlikdən əziyyət çəkən və həyat yoldaşından ayrı yaşayan Şəms Höccətova ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb. Emin və atası Şəmsin anasının Astaradakı evinin həyətində bir neçə gün ərzində qızıl axtarışı həyata keçiriblər və onların evində qalıblar. Bundan sonrakı dövrdə Şəmsin həyat yoldaşı Ceyhun Höccətovun onun xəstə olduğu zamanlarda arvadına dəstək olmaması, aralarındakı münasibətlərin pisləşməsi Emin və atasında həmin şəxsə qarşı nifrət yaradıb. Bir müddət Ceyhunun yaşadığı evi izləyən ata və oğul daha sonra onun ailə üzvlərinin Astarada toyda olduğu zaman evə basqın ediblər. Bu zaman evdə Ceyhun deyil, onun qardaşı Ülfət olub və qapını o açıb. Emin Ramazanov və atası Ülfət Höccətovu qapının qarşısındaca çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər. Daha sonra isə meyiti evə yerləşdirərək mənzilə od vurublar.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Məhkəmədə Ülfətin anası ifadə verərək bildirib ki, Emin və atası əslində onun böyük oğlu Ceyhunu qətlə yetirməyi planlaşdırıblar:

“Oğlum Ceyhun 2016-cı ildə əmim oğlunun qızı Şəmslə ailə qurub. Onlar Zirə qəsəbəsində yaşayırdılalar. Ceyhunun qayınanasının kənddə evi var. 2020-ci ildə qardaşım mənə zəng edib bir kişi ilə oğlunun oğlumun qayınanasının evinin həyətində qazıntı apardığını və bir müddətdir onun evində yaşadığını, gəlinim Şəmsin də orada olduğunu dedi. Həyətdə bir neçə yerdə yarımçıq quyu qazmışdılar. Bu barədə oğluma məlumat verəndə o, “Şəms mənə lazım deyil, nə istəyir eləsin”, deyə cavab verdi. Qətl törədiləndən və Cahangir tutulduqdan sonra Cahangirin 2020-ci ildə oğlumun qayınanasının həyətində quyu qazan şəxs olduğunu bildik. Emin mənim övladlarımı tanımayıb. Cahangir də oğlum Ülfəti tanımayıb. Düşünürük ki, bütün bu hadisələri Şəms təşkil edib. O, həmin şəxsləri bizim evə istiqamətləndirib”.

Mərhumun anası deyib ki, Şəms bir neçə il əvvəl 30 min manatlıq qızıl alaraq nisyə satıb və pulunu ala bilmədiyinə görə borclanıb. Bundan sonra oğlu Şəmsi atıb. Şəms də Eminlə sevgili olub. Qətl hadisəsindən sonra isə onkoloji xəstəlikdən əziyyət çəkən Şəms Höccətova hərəkət etmək, rahat danışmaq qabiliyyətini itirib və vəfat edib:

“Ceyhunun xəstə ola-ola Şəmsdən ayrılması, müalicəsinə köməklik göstərməməsi və borclarını ödəməkdə köməklik etməməsi, Şəmsin sevgilisi Emini və sonuncunun atası Cahangiri qıcıqlandırıb. Buna görə də Emin və atası Cahangir Ceyhundan, onların ailəsindən qisas almaq üçün belə bir cinayət törədiblər. Hadisə baş verən gün biz ailəlikcə Astarada məclisdə olmuşuq. Onlara Şəms məlumat verib ki, evdə heç kim yoxdur və ya tək Ceyhun var. Onlar da gəlib səhvən Ülfəti qətlə yetiriblər. Daha sonra evi yandıraraq bizə 47 min manatdan çox əlavə ziyan vurublar. Eminlə Cahangiri cinayət törətməyə Şəms təhrik edib, onlar üçü cinayəti birlikdə törədiblər. Emin və Cahangir həmin vaxt evdə yalnız Ceyhunun olacağını düşünüblər. Çünki Ceyhun gecə növbəsi işlədiyindən, rayona səhəri gün gedəcəkdi. Emin və atası Cahangir Ceyhundan və ailəmizdən qisas almaq məqsədilə, oğlum Ceyhunu öldürmək və evi yandırmaq üçün ora gedib, həmin vaxt evdə Ceyhun deyil, Ülfət olduğu üçün Ülfəti öldürüblər. Bəlkə də, onlar Ülfəti Ceyhun zənn ediblər”.

Məhkəmədə bildirilib ki, atası ilə birgə qətl törədən Emini tapmaq mümkün olmayıb. Cahangir Ramazanov oğlunun harada olmasından xəbərsiz olduğunu bildirib. O, digər oğlu Elsevərin də yoxa çıxdığını və xeyli vaxtdır məlumat alınmadığını deyib.

Həmçinin bildirilib ki, bir müddət əvvəl Emin Ramazanov özünü “peyğəmbər” elan edib və qeybə çəkiləcəyini deyib. Sosial şəbəkələrdə Eminin xəstəlikdən əziyyət çəkən bir qadını (bibisi) dini rituallarla müalicə etməsi və həmin qadının hadisə zamanı huşunu itirməsini əks etdirən görüntülər də yayılıb. Həmin videoda Eminin yanında olan qara çadralı qadın isə mərhum Şəms Höccətova olub.

Sumqayıt Ağır Cinayətər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. C.Ramazanov Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 186.2.1 və 186.2.2-ci (bir qrup şəxs tərəfindən və xüsusi amansızlıqla adam öldürmə, əmlakı qəsdən məhvetmə) maddələri ilə təqsirli bilinib. Ona 19 il həbs cəzası verilib.Emin Ramazanovun harada olması barədə hələlik məlumat yoxdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol