Kreml sahibi Vladimir Putin Rusiyanın “taxıl sazişi”ndən çıxmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu saziş Rusiyanın maraqlarına cavab vermir. “Bizi növbəti dəfə aldatdılar” - deyən Putin Rusiya taxılının tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülmədiyini iddia edib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib kii, Putin Ukraynanın hərbi məqsədlərlə “taxıl sazişi”nin dəhlizlərindən Rusiyaya qarşı istifadə etdiyini də vurğulayıb:
“Bu, Putinin bəhanələridir. Kreml sahibini narahat edən Ukraynanın öz taxılını satıb maliyyə qazana bilməsidir. Rusiya prezidenti bunun qarşısını almağa çalışır. O ki qaldı Rusiyanın taxıl sata bilməməsinə, bu sanksiyalarla əlaqəlidir. Sığortası olmayan gəmilər yük daşıya bilmirlər. Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanskiyaların tətbiqi gəmilərin bu ölkədən yük daşımasını əngəlləyir”.
E.Şahinoğlu Putinin “taxıl sazişi”ndən çıxmaq istəyinin bu məsələdə əsas vasitəçi olan Türkiyənin maraqlarına cavab vermədiyini vurğulayıb:
“Ona görə də Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Putini sazişdən çıxmamağa inandırmağa çalışacaq. Putin bunun qarşılığında Rusiya taxılının dünya bazarlarına çıxarılması təminatını almaq istəyəcək”.
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı
- Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşdı - Video
- Kredit götürənlərin nəzərinə: Faizlər artdı - VİDEO
- “Kontakt Home” 60% endirimi necə edə bilir?
- Məhkəmə sədrinin oğlu arvadını bıçaqladı, özünü binadan atdı
- İsa Həbibbəylinin istefa xəbəri yayıldı
- Səfirliyimizə terror hücumundan üç il ötür
- AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb