Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə “Vaqner” özəl hərbi şirkət rəhbəri arasında açıq savaş 2-3 ay ay öncə başlamışdı. Priqojin vaxtaşırı olaraq Rusiya MN rəhbərliyini vaxtında silah çatdırmamaqda, MN-in günahı üzündən çoxsaylı itkilər verməkdə ittiham edirdi.
Priqojin hazırda “Ədalət Yürüşü” adı altında başlatdığı hərəkatın yalnız Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Gerasimovun cəzalandırılması üçün olduğunu qeyd etsə də, hadisələrin gedişatı məsələnin daha iri miqyas alacağını göstərir - xüsusən də Rusiya Prezidenti Vladimir Putinin baş verən hadisə ilə bağlı açıqlaması və onun xalqa müraciə edərkən vaqnerçilərin vətənə xəyanət etdiyini və onların sərt şəkildə cəzalanacağını deməsindən sonra.
Putin mövqeyini açıqladı, topu Priqojinə ötürdü. O isə silahı yerə qoymayacağını dərhal açıqladı. Heç də sərt xarakteri ilə Putindən geri qalmayan Priqojin “əyninə kəfəni” dünəndən geyinib.
Dünyanın terrorçu kimi tanıdığı Priqojinə bir vaxtlar yaxın münasibətdə olduğu Putin bu gün vətən xaini damğasını da vurdu. Belə olan halda Priqojinin başlatdığı mübarizəni davam etdirməkdən başqa yolu yoxdur. Ya döyüşərək öləcək, ya da istəyinə nail olacaq.
İkinci variant hazırkı situasiyada bir o qədər inandırıcı görünmür. Çünki Priqojinin əlindəki hazırkı resurslar Rusiya ordusu ilə mübarizə aparmaq üçün yetərli deyil. Amma baş vaqnerçinin istəyinə çatması da imkansız deyil.
Əvvəla, ona görə ki, Priqojin qorxmaz bir döyüşçüdür, ətrafına yığdığı 25-30 min hərbçilərin hamısı qarşı tərəflə müqayisədə çox təcrübəlidir. Məhz onun rəhbərliyi altında olan döyüşçülərin sayəsində Rusiya Ukraynada müəyyən uğur qazana bilib. Baxmutda qazandığı uğur “Vaqner”in döyüşçülərinə və liderinə daxildə böyük nüfuz qazandırıb. Onu Rusiya xalqının gözündə qəhrəman səviyyəsinə ucaldıb. Bu faktın özü Priqojinin heç də rahat loxma olmadığını göstərir.
İkincisi, Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra bilindiyi kimi, Putin dünyanın düşməni halına gətirilib. Belə olduğu halda onun devrilməsi üçün dünyanın bir sıra dövlətləri müəyyən cəhdlər edə bilərlər. ABŞ və AB dövlətləri Rusiya daxilində yaranmış böhrandan fəal şəkildə yararlanaraq vəziyyətin dərinləşməsi üçün xüsusi xidmət orqanlarının əli ilə Putinin əlehinə xalq arasında təxribata gedə bilərlər. Xarici kəşfiyyat orqanları tərəfindən Putinin əleyhinə, Priqojinin lehinə təbliğatın aparılması da mümkündür. Ki, belə olan halda Putin, dolayısı ilə Rusiya üçün daha böyük təhlükə qaçılmaz olacaq.
İstənilən halda hazırkı situasiyada Rusiya böyük təhlükə ilə üz-üzədir. Priqojinin qiyama qalxması Rusiyanın şah damarına sancılan bıçaqdır. Moskva ciddi mənada bu bıçaq yarasından qan itirməyə başlayıb. Priqojinin bu hərəkəti ən azı Ukrayna cəbhəsində Rusiya üçün böyük itki olacaq. Onsuz da son vaxtlar Ukrayna torpaqlarındakı döyüş meydanında mövqelərini itirən rus hərbçiləri “Vaqner”in geri çəkilməsi ilə bir az da ümidsizliyə qapılacaq. Və beləliklə, Putin Rusiyasının Ukraynada məğlub olmasına yol açılacaq.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək