Rəis sürücünü “Olar səni qucaqlayım?” şeirinə görə işdən qovdu

13:03 - 28 İyun 2023 - HADİSƏ

 Rəis sürücünü “Olar səni qucaqlayım?” şeirinə görə işdən qovdu

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi "Olar səni qucaqlayım?” şeirinə görə işdən qovduğu sürücünün məhkəmə şikayəti təmin edilməyib.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Xidmətinin ştatdankənar sürücüsü Sərxan Həmzəyev (soyad şərti) sözügedən şeirə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad edilib.

Sərxan izahatında bildirib ki, işlədiyi müddətdə bütün kollektivlə mehriban, söz-söhbətsiz, səmimi davranışına görə hər kəsin yanında hörməti olub. Heç kimlə mübahisə etməyib. Hər zaman bayramlarda və yaxud adi günlərdə belə "WhatsApp” proqramı vasitəsilə iş yoldaşları ilə bir-birlərinə videoroliklər, şeirlər göndəriblər. Son günlər sosial şəbəkələrdə poetessa Aytac xanımın "Olar səni qucaqlayım?” şeiri paylaşılıb. Bu şeirə qulaq asanda o, çox kövrəlib, çünki əzizlərini itirmiş insanlara aid şeir olub. O, da insan olaraq atasını, anasını və bacısını itirib. Həmin şeiri telefonuna yükləyib həyat yoldaşına, bacısına, qohumlara, tanışlara, özünə yaxın bildiyi, ərk etdiyi iş yoldaşlarına göndərib. Göndərdiyi hər kəsdən müsbət cavab alıb. Lakin onların arasında Dövlət Xidmətinin Mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən Nərmin Bayramova onun göndərdiyi şeiri qeyri-adekvat başa düşərək, bunu etik normalardan kənar bir şeir kimi qəbul edib.

Sürücü "şeiri niyə belə mənada başa düşdüyünü" ondan soruşub. Lakin Nərmin xanım ona cavab verməyib və danışmaq istəməyib. Səhər isə rəhbərliyə ondan şikayət edib. Qurumun rəhbəri bununla bağlı həm Sərxana, həm Nərmin xanıma izahat yazdırıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Nərmin Bayramova izahatında qeyd edib ki, qeyri-etik ifadələrlə dolu olan "TikTok" videoçarxını şərəf və ləyaqətə təhqir, kollektivdəki nizama xələl gətirən bir hal kimi qəbul edir. Şeiri göndərdikdən sonra Nərmin Bayramova sürücüyə "Sərxan müəllim, yanlışlıqla videoçarxı mənə göndərmisiz” yazdığını, sürücünün isə "xeyr, düz göndərmişəm, şeir çox təsirlidir” cavabını verdiyini bildirib.

Nərmin Bayramova izahatında onu qeyd edib ki, Sərxan onun şərəf və ləyaqətini alçaldıb. Lakin sürücü belə bir niyyətinin olmadığını və onunla danışmağa çalışdığını bildirib.

Xidmətin rəis müavini Ağacavid Ramazanovun imzası ilə təcili şəkildə əmr hazırlanıb. Sənəd xidmət rəisinə təqdim olunub və Sərxan Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad edilib.

Məhkəmə Sərxanın Dövlət Xidmətinə qarşı 3-24-1/3-3-K-12/2023 saylı, 2023-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə iddia tələbini iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin etməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol