Qarabağ üzrə danışıqların əsas moderatoru rolu uğrunda Rusiya ilə Qərb, indiki halda ABŞ arasında şiddətli rəqabət gedir. Yaxın keçmişdə AB-nin də fəallığı nəzərə çarpır. Güclərin hər biri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin onun himayəsi altında imzalanmasını təmin etməyə çalışır. Çünki bu, Cənubi Qafqazda gücün mövqeyini möhkəmləndirəcək.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.
"Qərb Rusiyanın Cənubi Qafqazdakı təsirini ləğv etmək istəyir və əgər onun himayəsi altında sazişin imzalanmasına nail ola bilsə, o zaman Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması qaçılmazdır. Bunun ardınca Qərb tərəfdaşları Ermənistan rəhbərliyini 102-ci Rusiya bazasının Ermənistandan çıxarılmasını tələb edə bilərlər. Regionda diplomatik qarşıdurmanın bütün məqamı budur", - o bildirib.
Keryanın sözlərinə görə, İrəvan və Bakının konsensusa gələ bilmədiyi əsas məqamlar Qarabağın taleyi, sərhədin delimitasiyası və demarkasiyası, blokun açılacağı halda marşrutların işləməsi ilə bağlıdır:
"ABŞ Dövlət Departamentinin nümayəndəsi nikbin bəyanatlar verəndə isə bu nikbinlikdən anlaşılmır ki, hansı məqamlarda tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olub. Çox güman ki, bu cür nikbinlik və pafos yalnız təbliğat xarakteri daşıyır”.
- Təkrar qumar oynayanlar həbs ediləcək
- Ölkəmizdə epidemiya, kütləvi yayılma... - SN çağırış etdi
- Atasının ölüm xəbərini alan gəmi kapitanının ürəyi dayandı
- Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
- Xaricdə təhsil və diplom vədi... - Aldanmayın!
- Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü
- FHN: Taxıl zəmilərində bunlar qadağandır - Video
- Bakı-Tbilisi qatarına biletlər qalıb?