Sel: köməksiz qalan iki nəfər xilas edildi - Video

12:54 - 1 İyul 2023 - GÜNDƏM

 Sel: köməksiz qalan iki nəfər xilas edildi - Video

Azərbaycan ərazisində davam edən qeyri-sabit və yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN)Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, intensiv yağışlar səbəbindən Tərtər rayonunun Dəmirçi kəndinə sel gəlməsi nəticəsində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 1958-ci il təvəllüdlü Yusif Qarayev və 1960-cı il təvəllüdlü Müşkünaz Qarayeva xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunublar.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda rusdilli məktəblər bağlanır

Bundan əlavə, Goranboy rayonun Azad kəndinə sel gəlməsi nəticəsində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması ilə əlaqədar FHN-in Aran Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub.

Hazırda yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol