BUTA.TV amerikalı politoloq, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qoblın "Vaqner" hərbi şirkətinin silahlı qiyamı zamanı baş verən proseslərlə bağlı Report-a müsahibəsini təqdim edir:
- "Vaqner"in silahlı qiyamı barədə nə düşünürsünüz? Sizcə, bu, həqiqətən, bəzilərinin iddia etdiyi kimi şou idi?
- Qiyam "Vaqner"in rəhbəri Yevgeni Priqojinin Rusiya hərbi elitasından, o cümlədən müdafiə naziri, ordu generalı Sergey Şoyqudan canını qurtarmaq cəhdi idi. Amma bu qiyamın birbaşa Prezident Vladimir Putinə qarşı yönəldiyini düşünmürəm.
- Niyə "Vaqner"çilər qiyamı dayandırdı və ölkədən çıxdı? Axı Priqojin demişdi ki, sona kimi gedəcəklər...
- Məncə, onlar məqsədlərinə çatdıqlarını anladılar. Bundan sonra Sergey Şoyqu və digər generallar işdən çıxarıla bilər. Əlbəttə, onlar üçün daha ağır ssenarilər də mümkündür.
- Bəs Vladimir Putin niyə Priqojini bağışladı? Halbuki o, qiyamı vətənə xəyanət kimi qiymətləndirmişdi.
- Vladimir Putinin Yevgeni Priqojini bağışladığını düşünmürəm. Sadəcə başa düşdü ki, "Vaqner"ə qarşı radikal addım ona baha başa gələ bilər.
- Necə fikirləşirsiniz, Belarusdan Ukraynaya ikinci cəbhə açıla bilər?
- Bəli, mümkündür. Amma bu, hazırkı situasiya üçün elə də asan deyil.
- Vladimir Putin əvvəllər bir neçə dəfə demişdi ki, ölkəsinə qarşı təhdid olarsa, nüvə silahı tətbiq edəcək. Niyə indi buna getmədi? Axı Rusiyanın təhlükəsizliyi təhdid altında idi.
- Ciddi təhlükə yox idi. Həm də Putin nüvə şantajından sadəcə digərlərini qorxutmaq üçün istifadə edir.
- Bundan sonra Sergey Şoyqu və Yevgeni Priqojinin taleyi necə olacaq?
- Biri öləcək, digər qəhrəman olacaq. Bunu əminliklə deyirəm. Amma hansının taleyinin necə olacağını konkret olaraq proqnozlaşdırmaq çətindir.
- Qərb bu prosesdə hansı rol oynayır?
- Şübhəsiz, çox az ölkə Kiyevə bu proseslərdən istifadə etmək barədə tövsiyə verməyə bilər. Etiraf edək ki, Ukrayna üçün yaxşı fürsət yaranıb.
- Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota
- "Sputnik Azərbaycan"da saxlanılanların məhkəmələri keçiriləcək
- XİN məlumat yaydı
- AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia
- Peskov Bakıdakı həbslərdən danışdı
- "Sputnik"in redaktorunun evində axtarış aparıldı
- Rusiya Azərbaycana nota verdi
- Bakıda ruslardan ibarət cinayətkar dəstə saxlanıldı - VİDEO