Avropa Birliyi Stokholmda Quranın yandırılmasını pisləyib və vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidməti məlumat yayıb.
"AB İsveçdə Quranın yandırılmasını ən sərt şəkildə qınayan İsveç xarici işlər nazirinə qoşulur. Bu akt heç bir halda AB-nin mövqeyini əks etdirmir. İndi istənilən gərginliyin qarşısını almaq üçün qarşılıqlı anlaşmaya dəstək vaxtıdır”, - məlumatda qeyd edilib.
İstənilən müqəddəs kitabın yandırılması təhqir, hörmətsizlik və təxribatdır. Sənəddə deyilir ki, din və ifadə azadlığını müdafiə edən Avropada bu cür nümayişlərə yer yoxdur.
Qeyd edək ki, İsveçdə, Stokholm məscidində 28 iyun tarixində - Qurban bayramının ilk günü Quranın yandırılmasına icazə verilib. Aksiyanı 200-ə yaxın insan izləyib, bəziləri “Allah böyükdür” qışqırıb. Bir nəfər Quranı yandırana daş atmağa cəhd edib və o, polis tərəfindən saxlanılıb.
Quranı yandıran isə iraqlı mühacirdir, onun İranın dəstəklədiyi “Haşdi-Şabi” terror təşkilatının üzvü olduğu bildirilir.
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
- Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir