İstirahət mərkəzində qadını elektrik cərəyanı vurdu

21:02 - 2 İyul 2023 - GÜNDƏM

 İstirahət mərkəzində qadını elektrik cərəyanı vurdu

Xaçmazda Nabran kəndindəki istirahət mərkəzində qadını cərəyan vuraraq öldürüb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Xanım İdris qızı Tağıyeva həmin ərazidə yerləşən "Dənizçi" istirahət mərkəzində olarkən onu hamam otağında elektrik cərəyanı vurub və qadın yerindəcə keçinib.

X.Tağıyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol