ABŞ-ın beşinci nəsil F-22 qırıcılarından ibarət qrup Yaponiyanın Kadena aviabazasına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı məlumat yayıb.
Bildirilib ki, qırıcı təyyarələr Alyaskadakı Eyelson Hərbi Hava Qüvvələri bazasından regiona gəlib.
Məlumata görə, qırıcılar Sakit okeanın şimalında iyulun 2-dən 21-dək davam edəcək müttəfiqlərin çoxmillətli “Northern Edge 2023-2” hərbi təlimində iştirak edəcək.
Təlimlərə həmçinin minlərlə Amerika əsgəri, beş gəmi və 150-dən çox təyyarə qatılacaq.
- “İran istədi, biz razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb