Mikroavtobusdan yıxılan qadının başı betona çırpıldı

22:18 - 2 İyul 2023 - GÜNDƏM

 Mikroavtobusdan yıxılan qadının başı betona çırpıldı

Salyanda avtomobildən yıxılan qadının başı dəmir-betona çırpılıb, hadisə yerində ölüb.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Plastmass yaşayış massivinin sakini, 1959-cu il təvəllüdlü Bağırova Fatma Qəhrəman qızı sərnişini olduğu mikroavtobusla gələrkən qəfil astması tutub. Sürücü qadının nəfəs alması üçün qapını açıb, bu zaman qadın çantasından astma xəstəliyinə qarşı dərmanı çıxarmaq istəyərkən avtomobildən yerə yıxılıb və yuvarlanaraq başı dəmir-betona çırpılıb.

Hadisə nəticəsində F.Bağırova dünyasını dəyişib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol