Venesuelada döyüş təyyarəsi yerə çırpıldı: polkovnik öldü

01:24 - 3 İyul 2023 - GÜNDƏM

 Venesuelada döyüş təyyarəsi yerə çırpıldı: polkovnik öldü

Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30MK2 çoxməqsədli döyüş təyyarəsi bazar günü Miranda ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb, pilotlardan biri ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pilotlar katapult edə biliblər, lakin təyyarənin komandiri polkovnik Paulino Xose Millan Sabino eniş zamanı ölüb. Qeyd olunur ki, təyyarə iyulun 5-də Venesuelanın Müstəqillik Günü münasibətilə parada hazırlaşırmış.

Venesuela Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Nikolas Maduro həlak olan pilotun ailəsinə başsağlığı verib və qəzanın səbəblərinin araşdırılması ilə bağlı göstəriş verib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol