Kadırov canlı yayıma çıxdı: Hələ ölməmişəm!

08:48 - 3 İyul 2023 - GÜNDƏM

 Kadırov canlı yayıma çıxdı: Hələ ölməmişəm!

Çeçenistan rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatı Adam Delimxanovla birlikdə İnstaqramda canlı yayıma çıxıb və xəstəliyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

BUTA.TV xəbər verir ki, Delimxanov da canlı yayım tarixini (2 iyul) göstərib və çəkilişin yeni olduğunu bildirib.

"Sakit-sakit yaşayırıq. Uzun müddət yaşamaq istəmirik. Qısa yaşayacağıq, amma ləyaqətlə", - Kadırov canlı yayımda deyib.

"Bundan sonra da qarşıya qoyulan vəzifələri yerinə yetirməyə davam edəcəyik. Və biz bütün şeytanlara və qeybətçilərə demək istəyirik: “Əhməd” gücdür", - Delimxanov bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Qeyd edək ki, sosial şəbəkələrdə Kadırovun ölüm ayağında olması ilə bağlı məlumatlar yayılıb. Bundan əlavə, Delimxanovun xəsarət alması ilə bağlı xəbərlərdən sonra itkin düşdüyü iddia edilirdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol