Cəlilabadda 7 maşını əzən sürücü məsuliyyətə cəlb edildi

12:24 - 3 İyul 2023 - GÜNDƏM

 Cəlilabadda 7 maşını əzən sürücü məsuliyyətə cəlb edildi

İyulun 2-də Cəlilabad şəhərində 7 avtomobilin əzilməsinə səbəb olan sürücü inzibati məsuliyyətə cəlb olunub.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, ötən axşam saat 21 radələrində Cəlilabad şəhər sakini R.Sultanov idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə şəhər ərazisində "ötmək qadağandır" nişanının tələbini pozaraq ötmə əməliyyatı edib və nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı ümumilikdə 7 avtomobilə ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol