İsveçin NATO-ya üzv olması boş xəyaldır. Stokholm Ankaranın tələblərini yerinə yetirməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.
“Türkiyə, İsveç və Finlandiya arasında üçlü razılaşma var. Bağışlayın, Türkiyə sözlərə cavabdeh olan bir ölkədir. Nə deyirsə, nə vəd edirsə, yerinə yetirir, amma biz həm də rəqiblərimizin sözünün üstündə durmasını istəyirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək sadəcə xəyaldır. Terror təşkilatlarını dəstəkləyən və onlara sığınacaq verən İsveçin NATO-ya qəbul prosesi fonunda Türkiyə sıx təzyiq altındadır. Ankara isə tələb etdiyi həyata keçməyincə bu məsələdə addım atmayacaq”, - parlamentari bildirib.
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu