Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb.
S.Şoyqu qeyd edib ki, qiyama cəhd uğursuz oldu:
“Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi”.
Müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.
Xatırladaq ki, “Vaqner” iyunun 24-də silahlı qiyama cəhd göstərib.
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu