Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir.
BUTA.TV xəbər verir ki, tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və bir sıra dövlət orqanlarının rəhbərləri iştirak edirlər.
Toplantıda Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar”, Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç “Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu”, Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliyi”, Albaniya Konstitusiya Məhkəməsinin sədri Holta Zaçay “Albaniya Konstitusiya Məhkəməsi, məhkəmə islahatları və konstitusiya dəyişiklikləri fonunda - əldə edilmiş nəticə” mövzusunda məruzələrlə çıxış edəcəklər.
- “Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli
- Bakıda qərar gözlənilir – Kremlin həssas nöqtəsi “vurulur”?
- Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət
- Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video
- Ərdoğandan Azərbaycana növbəti təşəkkür
- Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı