“Vaqner”ə 1,7 trilyon rubl dəstək 2014-cü ildən bəri hərbi şirkətin fəaliyyətilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Vedomosti”nin Rusiya Müdafiə Nazirliyinə yaxın mənbəsi bildirib.
“Bu məbləğ Rusiya Müdafiə Nazirliyinin 2014-cü ildən 2020-ci ilə qədər olan dövrdə yenidən silahlanma üçün nominal orta illik xərclərini üstələyir. Müdafiə Nazirliyinin yenidən silahlanmaya ayırdığı xərclər nazirliyin büdcəsinin ən böyük hissəsidir. 1,7 trilyon rubl 2021-ci ildə hərbi qulluqçuların təminatına xərclənən məbləğdən təxminən iki dəfə çoxdur”, - mənbə bildirib.
Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinin 2027-ci ilə qədər 76 ədəd Su-57 qırıcısının tədarükü ilə bağlı ən böyük müqaviləsi təxminən 200 milyard rubl dəyərində qiymətləndirilir. 2011-ci ildə bağlanmış 120 ədəd Ka-52 helikopterinin tədarükü üçün ən böyük müqavilənin dəyəri isə 140 milyard rubl olub. Ümumilikdə, 2013-2021-ci illər ərzində Rusiyanın müdafiə xərcləri 2,1-3,8 trilyon rubl arasında dəyişib. Bu il bu xərclərin təxminən 5 trilyon rubl təşkil edəcəyi gözlənilir.
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib
- Ceyhun Bayramovla Zelenski bir arada - Video
- Azərbaycanda ali təhsilli insanların sayı açıqlandı