Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, monitorinqlər zamanı Fərid Mirzəyevin “Mersedes” markalı avtomobil ilə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi məlum olub. Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.
Məhkəmənin qərarı ilə F. Mirzəyev sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Qayda pozduğuna görə saxlanılan “Tofaş” markalı avtomobilin sürücüsü İsmayıl Tağıyev isə 8 sutka müddətinə inzibati qaydada həbs edilib.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Bundan bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından istifadə etməsi, arxa yayların kəsilməsi və digər konstruksiya dəyişikliyi dərək iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
- Kipr sahillərində 297 sərnişinin olduğu gəmi batır
- Dəhşətli anlar: Təyyarəni qaçırıb AES-ə doğru sürdü
- ABŞ-la neft sazişi: Rodriges detalları açıqladı
- “Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var”
- İrland bloger “SSRİ-nin hələ də olduğu” ölkəyə getdi
- Belçika Rusiya vəsaitləri ilə bağlı təklifi rədd etdi
- Bu ölkə Avropa Birliyindən imtina etdi
- Putinin bütün hədəfləri uğursuz oldu - Stubb