Əgər dərman aylarla gömrükdə qalırsa... – Nazir müavini

13:36 - 4 İyul 2023 - GÜNDƏM

 Əgər dərman aylarla gömrükdə qalırsa... – Nazir müavini

Əgər dərman aylarla gömrükdə qalırsa, bu, həqiqətən ciddi problemdir.

BUTA.TV xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

O, ötən iclasda deputatlardan birinin gömrüklə əlaqədar məsələ qaldırdığını və xaricdən gətirilmiş dərmanların aylarla gömrükdə qalması ilə bağlı fikirlərinə toxunub.

R.İsmayılov xatırladıb ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin ekspertizasının aparılması qaydaları mövcuddur. Həmin qaydalara görə, idxal olunan dərmanlar 20 günədək müayinə olunmalı və ölkəyə idxalına icazə verilməlidir.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Nazir müavini bu barədə Dövlət Gömrük Komitəsi ilə müzakirələrin aparacağını vurğulayıb. O həmçinin dərmanların aylarla gömrükdə qalması ilə bağlı Səhiyyə Nazirliyində məlumat olmadığını qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol