Azərbaycanda icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiymətində dəyişiklik ediləcək.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
O söyləyib ki, bu dəyişiklik əhaliyə təsir etməyəcək, çünki ödənişləri agentlik həyata keçirir:
“Səhiyyə sahəsində inflyasiya olur, qiymətlər artır. Bizim işlər daimi təkmilləşdirilir, o cümlədən qiymətlərdə dəyişiklik olur. Yəni icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiyməti artacaq. Amma bu əhaliyə aid deyil, bizim görəcəyimiz işdir. Gərək tibb müəssisəsinə elə ödəniş edək ki, öz xərclərini rahat şəkildə qarşılıya bilsinlər”.
Z.Əliyev bildirib ki, xəstəxanalarda növbələrin tənzimlənməsi istiqamətində də işlər davam etdirilir:
“Bunun üçün mobil tətbiq də istifadəyə verilib. Gələcəkdə həkim qəbulunun vaxtı da mobil tətbiq vasitəsilə olacaq və növbə gözləməyə ehtiyac qalmayacaq”.
- İspaniya yarımfinalda - Fransaya rəqib olur+Yenilənib
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp