Zelenskinin səfirimizi qovması... – Tiflisdən reaksiya

14:00 - 4 İyul 2023 - GÜNDƏM

 Zelenskinin səfirimizi qovması... – Tiflisdən reaksiya

Ukrayna Prezidenti Vladimir Zelenskinin eks-prezident Mixail Saakaşvili ilə bağlı vəziyyətə görə səfirimizi Kiyevdən qovmaq qərarı Gürcüstan hakimiyyətinə qarşı təhqirdir.

BUTA.TV xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.

“Şərh vermək istəmirəm, amma ümumilikdə Ukrayna hakimiyyətinin bu mövqeyi bizim üçün təhqiramizdir”, - o bildirib.

Kobaxidze qeyd edib ki, Gürcüstan Ukrayna ilə birtərəfli dostluq münasibətləri rejimini saxlamaq istəyir.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Xatırladaq ki, Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyətə kəskin etirazını bildirərək, Tiflisin Ukraynadakı səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol