İranda saxta araqdan növbəti zəhərlənmə

14:22 - 4 İyul 2023 - GÜNDƏM

 İranda saxta araqdan növbəti zəhərlənmə

İranın Gilan əyalətinin Ənzəli şəhərində 4 nəfər saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Ənzəli şəhərinin polis rəisi Mehdi Nəcəfpur məlumat yayıb.

O, həmçinin, saxta spirtli içkilərin hazırlanması və satışı ilə məşğul olan bir kişi və bir qadının həbs edildiyini bildirib.

Qeyd edək ki, son iki həftə ərzində İranın Əlborz, Tehran, Mazandaran, Qəzvin, Qərbi Azərbaycan və Hörmüzqan əyalətlərində çox sayda insan saxta spirtli içkidən zəhərlənib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol