Dünyada geosiyasi ziddiyyətlər getdikcə kəskinləşir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, ŞƏT beynəlxalq məsələlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına real töhfə verir:
“Bu, geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi indiki şəraitdə xüsusilə nəzərə çarpır. Beynəlxalq təhlükəsizlik sisteminin deqradasiyası davam edir. İnkişaf etmiş ölkələrdə borcların nəzarətsiz yığılması, bütün dünyada sosial təbəqələşmə və yoxsulluğun artması, ərzaq və ekoloji təhlükəsizliyin pisləşməsi fonunda yeni qlobal iqtisadi və maliyyə böhranının riskləri artır. Bütün bu problemlər öz məcmusunda münaqişə potensialının nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxarır. Buna görə də ŞƏT təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək. Təbii ki, birgə fəaliyyətin əsas vəzifələrindən biri iştirakçı dövlətlərdə təhlükəsizliyi qorumaqdır”.
- İspaniya yarımfinalda - Fransaya rəqib olur+Yenilənib
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp