Xerson vilayətində ukraynalı müdafiəçilər rus işğalçılara qarşı tədbir görüblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
Məlumata görə, Ukrayna aviasiyası Xerson və Kaxovka vilayətlərində düşmənin canlı qüvvəsinin cəmləşdiyi iki sektora hücum edib:
“Həmçinin müəyyən tapşırıqları yerinə yetirən raket və artilleriya bölmələri düşmənə müəyyən itkilər verib. Xüsusilə, əlli rus hərbçisi, üç ədəd “D-20” və “Qiatsin” tipli iri çaplı silah, üç qayıq və eyni sayda zirehli texnika məhv edilib. Bundan əlavə, sursatların tədarükü məntəqəsi dağıdılıb. Hazırda düşmən gəmi qruplaşması Qara dənizin şimal-şərqində və Azov dənizinin cənub hissəsində manevrləri davam etdirir”.
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı
- Rusiya elə bir siyasət yürüdür ki, SSRİ-dəki ölkələri...
- Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı
- Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi
- Hərbi prokuror Azərbaycan sərhədinə getdi
- Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı
- "Sputnik Azərbaycan"ın ofisində saxlanılanların adları