Ukrayna mediası Azərbaycanın dəstəyindən yazdı

21:32 - 4 İyul 2023 - GÜNDƏM

 Ukrayna mediası Azərbaycanın dəstəyindən yazdı

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan dövlətinin İrpen şəhərində yerləşən və görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə verdiyi daha bir töhfəyə dair məqalələr dərc edib.

BUTA.TV xəbər verir ki “UNİAN”, “Obozrevatel”, “Telegraf” və digər xəbər portallarında dərc olunan məqalələrdə qeyd olunur ki, istilik probleminin həlli məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbin binasının xarici istilik izolyasiyası işlərinə başlayıb.

Məqalələrdə məktəbin direktoru Valentina Antonenkonun orta məktəbə daim dəstək göstərən Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürü də qeyd olunub. Vurğulanıb ki, bundan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən orta məktəbin təmirini üzərinə götürərək, müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.

Təmir işləri zamanı orta məktəbin dam örtüyü tamamilə yenilənib, sinif otaqları təmir edilib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər həyata keçirilib. Partlayışdan ən çox zərər çəkmiş idman zalı və bomba sığınacağı təmir edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Eyni zamanda, elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol