2023-cü ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu ilə yük daşımalarının həcmi 7,6 milyon ton olub.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə yük daşımaları 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 8,8 faiz, sərnişin daşımaları isə 57,2 faiz, yəni 2,704 milyon nəfərədək artıb.
Qeyd olunan dövrdə dəmir yolu nəqliyyatının payına bütün yük daşımalarının 8,3 faizi düşüb.
Orta hesabla sutka ərzində yüklənən dəmir yolu vaqonlarının sayı 430, boşaldılan vaqonların sayı isə 416 olub.
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 90,9 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 6,8 faiz yüksəkdir. Hesabat dövründə Azərbaycanda sərnişin daşımaları 742,8 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 19 faiz yüksəkdir.
- Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu
- İspaniya yarımfinalda - Fransaya rəqib olur - Yenilənib - Video
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə