2023-2024-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
BUTA.TV kluba istinadla xəbər verir ki, komanda Osama Xalaylanın transferini reallaşdırıb. İyirmi beş yaşlı israilli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Osama peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-2021-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib.
İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama əsas millidə də forma geyinib. O, 2021-ci ildə bu komandada debüt edib.
- Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?
- Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı
- Rusiya elə bir siyasət yürüdür ki, SSRİ-dəki ölkələri...
- Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı
- Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi
- Hərbi prokuror Azərbaycan sərhədinə getdi
- Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı
- "Sputnik Azərbaycan"ın ofisində saxlanılanların adları