Fransada altı gün davam edən iğtişaşlar zamanı polis 1124-ü azyaşlı olmaqla 3625 nəfəri saxlayıb.
BUTA.TV xəbər verir ki, bu günə qədər 380 azadlıqdan məhrumetmə ilə bağlı qərar qəbul edilib və bunun son rəqəm olmayacağı bildirilir.
Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Daha sonra etirazlar polislə toqquşmaya, mağaza və ticarət mərkəzlərinin talanına, quldurluğa gətirib çıxarıb.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ölkədə iğtişaşların pik həddinin keçdiyini bəyan edib.
- Konstitusiya Məhkəməsinə hakimlər təyin olunacaq
- Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
- "Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı rəsmi açıqlama
- Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı
- Bakıda FTX əməkdaşlarının saxlanılması: Rusiya nə planlaşdırırdı?
- Bəylər Eyyubovun yerinə o təyin edildi
- Azərbaycanda rusdilli məktəblərin bağlanması gündəmdə...
- Bəylər Eyyubov yeni vəzifədə