İsveçrə də Avropada hava hücumundan müdafiə üçün nəzərdə tutulan “Səma qalxanı” (“Sky Shield”) sisteminə qoşulacaq.
BUTA.TV xəbər verir ki, Avstriya rəsmilərinin ardınca İsveçrənin müdafiə naziri Viola Amherd də ölkəsinin müdafiə sisteminə qoşulacağını təsdiqləyib.
O bildirib ki, neytral ölkələr üçün də bir çox sahələr üzrə “Səma qalxanı”nda iştirak mümkün hesab olunur.
İsveçrənin təşəbbüsə qoşulması iyulun 7-də Berndə Almaniya, Avstriya və İsveçrənin müdafiə nazirlərinin üçtərəfli görüşündə baş tutmalıdır.
Qeyd edilib ki, Avstriya və İsveçrə kimi ölkələr əlavə sənəd imzalamaqla neytrallıqlarından irəli gələn məsələləri (məsələn, beynəlxalq münaqişələrə qoşulmama və s.) təsbit edə biləcəklər.
- İspaniya yarımfinalda - Fransaya rəqib olur+Yenilənib
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp