Abdullahian Bakıda belə qarşılandı – Foto

12:40 - 5 İyul 2023 - GÜNDƏM

 Abdullahian Bakıda belə qarşılandı – Foto

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər sammitində iştirak üçün Bakıya gələn İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın səfəri Bakı-Tehran münasibətlərinin indiki durumuna görə diqqət mərkəzindədir.

BUTA.TV xəbər verir ki, Abdullahian Bakıya gecə saatlarında gəlib. Onu hava limanında İranın Azərbaycandakı səfiri Abbas Musəvi və XİN-in idarə rəisi Bünyad Hüseynov qarşılayıb. Abdullahiyanı qarşılayan İrandakı keçmiş səfir Bünyad Hüseynovdur. Bünyad Hüseynov Azərbaycanın İrandakı keçmiş səfiri olub.

Qeyd edək ki, Abdullahianın türkiyəli həmkarı Hakan Fidan da daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Abdullahian özü isə bu səfəri “regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün fürsət” kimi dəyərləndirib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol