Göyçayda 34 yaşlı kişi öldürülüb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Şahmar Rəşid oğlu Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Abbas Yasin oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
"Onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib", - məlumatda qeyd edilib.
Araşdırma aparılır.
- Bakıda FTX əməkdaşlarının saxlanılması: Rusiya nə planlaşdırırdı?
- Bəylər Eyyubovun yerinə o təyin edildi
- Azərbaycanda rusdilli məktəblərin bağlanması gündəmdə...
- Bəylər Eyyubov yeni vəzifədə
- Ərsin Tatar bu tarixdə Azərbaycana gələcək
- Yekaterinbruqda baş verənlərdə İran izi - Şok açıqlama
- Yekaterinburqda döyülən Gənciyev yeriyə bilmir - Video
- Bakı Moskva və Tehrana "unut" deməlidir!