Xəbər verdiyimiz kimi, ötən ilin noyabr ayında avtomobillə vurulan və “Medera Hospital”da aparılan yanlış əməliyyat nəticəsində vəziyyəti ağırlaşan 16 yaşlı Ümüd Əhmədov dünən dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, bu barədə onun anası Qızılgül Quliyeva özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, oğlunun xəstəliyinin əlacının tapıldığını və sağalmasına çox az qaldığını, lakin övladının tab gətirmədiyini bildirib. Ötən gecə 16 yaşlı yeniyetmənin ürəyi dayanıb.
Qeyd edək ki, bundan öncə ana oğlunu “Medera Hospital”a yerləşdirdiklərini, əməliyyat və müalicələrə 180 min manat pul xərclədiyini, həkimlərin isə onun qida və nəfəs borusunu deşərək, şikəst etdiyini bildirmişdi.
O, övladının 7 ayda heç nə yeyə bilmədiyini, bu səbəbdən 90 kq çəkidən 20 kq-ya düşdüyünü vurğulamışdı.
- Konstitusiya Məhkəməsinə hakimlər təyin olunacaq
- Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
- "Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı rəsmi açıqlama
- Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı
- Bakıda FTX əməkdaşlarının saxlanılması: Rusiya nə planlaşdırırdı?
- Bəylər Eyyubovun yerinə o təyin edildi
- Azərbaycanda rusdilli məktəblərin bağlanması gündəmdə...
- Bəylər Eyyubov yeni vəzifədə