“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydaları” təsdiq edilib.
BUTA.TV xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bu Qaydaların məqsədləri üçün xarici ölkələrdəki nümayəndələrin ailə üzvləri dedikdə, xarici ölkələrdəki nümayəndələrin xidmət
etdikləri dövlətdə onlarla birlikdə yaşayan nümayəndənin əri (arvadı), uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları başa
düşülür.
Xarici ölkələrdəki nümayəndələrin fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsindən Xidmətə ayrılmış vəsaitlər dairəsində “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə, mərkəzləşdirilmiş qaydada dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.
Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətini müvəqqəti itirmə dövrləri, eləcə də qanunvericilikdə hərbi qulluqçunun xidmət yerinin və pul təminatının saxlandığı digər hallar istisna olmaqla, xarici ölkələrdəki nümayəndələr təyin olunduqları xidmət yerində hər hansı səbəbdən öz vəzifələrini 30 (otuz) təqvim günündən artıq müddətdə icra edə bilmədikdə, onlara yalnız milli valyutada dövlət məvacibi ödənilir.
- Ronaldonun arzusunu gözündə qoyan “super əvəzedici” - Bu dəfə də xilaskar oldu
- İspaniya yarımfinalda - Fransaya rəqib olur - Yenilənib - Video
- Emin Kerem Bursinə Bakıda hədiyyə verdi - Video
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə