Nərimanov Rayon Məhkəməsində Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb. Qərara əsasən, onun vəsatəti təmin edilib, Anar Əsədlinin barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
- Konstitusiya Məhkəməsinə hakimlər təyin olunacaq
- Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
- "Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı rəsmi açıqlama
- Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı
- Bakıda FTX əməkdaşlarının saxlanılması: Rusiya nə planlaşdırırdı?
- Bəylər Eyyubovun yerinə o təyin edildi
- Azərbaycanda rusdilli məktəblərin bağlanması gündəmdə...
- Bəylər Eyyubov yeni vəzifədə