Bu tarixdən bu ölkəyə vizasız gedə biləcəyik

01:22 - 6 İyul 2023 - GÜNDƏM

 Bu tarixdən bu ölkəyə vizasız gedə biləcəyik

Xəbər verdiyimiz kimi, may ayında ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklərinə dair qanun təsdiqlənib. Bu, 8 iyul 2023-cü il tarixindən etibarən mümkün olacaq.

BUTA.TV xəbər verir ki, bununla bağlı Azərbaycanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb.

Məlumata görə, ümumvətəndaş pasportlarına malik hər iki ölkənin vətəndaşları qarşılıqlı olaraq digər dövlətin ərazisinə vizasız və rüsumsuz daxil ola və 90 gündən artıq olmayan müddətdə qala bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol